1730874604

“ABŞ və dünyaya dəyişiklik dalğası gəlir. Amerikanın qızıl dövrü indi başlayır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın 47-ci prezidenti Donald Tramp deyib.

“Bu gündən ölkəmiz çiçəklənəcək və bir daha bütün dünyada hörmət qazanacaq. Bütün dövlətlər bizə həsəd aparacaq. Biz əmin olacağıq ki, Amerika həmişə birinci yerdədir. Suverenliyimiz geri qaytarılacaq, təhlükəsizliyimiz bərpa olunacaq. Ədliyyə Nazirliyinin siyasi sui-istifadəsinə son qoyulacaq. Amerika daha da böyüyəcək. İstəyim tarixdə heç vaxt olmadığı qədər güclü bir dövlət yaratmaqdır. Biz milli uğurun yeni dövrünə başlayırıq. Ölkəmizə dəyişiklik dalğası gəlir və o, bütün dünyanı bürüyəcək. Ancaq əvvəlcə qarşılaşdığımız problemləri təhlil etməliyik. Bizim ölkə daxilində böhranın öhdəsindən gələ bilməyən hökumətimiz var idi”, – deyə Tramp vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: