
Tramp Ukraynanı nadir torpaq elementləri üzrə sazişi imzalamağa çağırıb.
Globalinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın nadir torpaq elementləri üzrə ABŞ-la razılaşmanı hələ də imzalamadığını bildirib və bu prosesin dərhal yekunlaşdırılmasını istəyib.
“Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna ABŞ-la çox önəmli nadir torpaq elementləri üzrə razılaşmanın yekun sənədlərinə hələ imza atmayıb. Artıq azı üç həftə gecikmə var. Ümid edirəm ki, bu, DƏRHAL imzalanacaq”, – deyə Tramp “Truth Social” platformasında paylaşım edib.
O, həmçinin Rusiyayla Ukrayna arasında ümumi sülh razılaşması üzrə danışıqların problemsiz şəkildə davam etdiyini qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az