Trampa sui-qəsddə şübhəli bilinən şəxs haqda yeni faktlar: “Rusiya ilə müharibədə…”

Tampa qarşı sui-qəsddə şübhəli bilinən şəxs Rusiya ilə müharibədə Ukraynanı dəstəkləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Onun “Facebook”dakı bəzi paylaşımları və bir videomüsahibəsi göstərir ki, Ryan Routh adlı şəxs Rusiyaya qarşı döyüşmək üçün əcnəbi könüllüləri cəlb edib və ya buna cəhd göstərib. Onun hətta Kiyevə getdiyi də bildirilib.

“Biz hələ də Ukraynanın Əfqanıstandan əsgər qəbul etməsinə nail olmağa çalışırıq və ümid edirik ki, yaxın aylarda müsbət cavablar alacağıq. Lütfən, səbirli olun”, – həmin şəxs hələ iyul ayında Facebook hesabında paylaşıb.

Ryan Routh sosial media hesablarında Çinə qarşı bioloji müharibədə və koronavirusun qəsdən yayılmasında ABŞ və Qərb dövlətlərini günahlandırıb. Onun paylaşımlarında Tayvana və Çinə qarşı dəstək ifadələri də var.

Saxlanılan şəxsin fikirləri və motivləri, adı və şəxsiyyəti ilə bağlı ABŞ-ın hüquq-mühafizə orqanlarından rəsmi məlumatlar hələ də üzə çıxmayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az