MO3AE24NMVKYHM4FKCR3JCTI7E

Avropa İttifaqı ABŞ-ın tariflərinə qarşı tədbirləri 15 mayda tam tətbiq edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç açıqlama yayıb.

“Cavab tədbirləri 9 apreldə təsdiqlənəcək. Birinci paket 15 apreldə, növbəti isə 15 mayda tətbiq olunacaq”, – deyə Şefçoviç bildirib. O, Avropa Komissiyasının dialoq və danışıqlara üstünlük verdiyini, lakin nəticəni sonsuzadək gözləmək niyyətində olmadığını da xüsusi vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: