IMG 2405

Federal Təhqiqatlar Bürosu (FTB) prezidentliyə namizəd Donald Trampa atəş açan şəxsin kimliyini müəyyən edə bilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, bu, 20 yaşlı Tomas Metyu Kruksdur.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Paylaş: