Trampa atəş açan Metyu haqda qəribə məlumatlar

befunky collage 2024 07 15t101008 691.thumb

“ABŞ prezidentliyinə namizəd Donald Trampa atəş açan Tomas Metyu Kruks 2022-ci ildə orta məktəbi bitirib və ən azı bir il Pensilvaniyada yerləşən Krelton şəhərində atıcılıq klubunun üzvü olub”.

Globalinfo.az xəbər verir ki, bunu klubun prezidenti Bill Selito deyib.

O, hadisəni pislədiyini və istintaq davam etdiyi üçün əlavə məlumat verə bilməyəcəyini qeyd edib.

T.M. Kruksun dostları isə onun normal biri olduğunu və heç bir qəribə hərəkətini görmədiklərini bildiriblər.

Məlumata görə, Kurks xarici görünüşünə görə məktəbdə dəfələrlə ələ salınıb, lakin heç vaxt sərt reaksiya verməyib. Məktəbdə yaxşı şagird olduğu və müəllimləri tərəfindən sevildiyi deyilir. Hətta Kruksun sinif yoldaşları onun “milçəyə belə zərər vurmayacaq” biri olduğunu qeyd ediblər.

Kruksun əsasən tək gəzdiyi, çox dostunun olmadığı və daha çox kamuflyaj paltarları geyindiyi bildirilir.

Ayşən Mustafa
Globalinfo.az