ABŞ Prezidenti Donald Tramp Floridada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməzdən əvvəlki günü qolf meydançasında keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ağ Evə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ lideri 20 dekabrdan bəri Rusiya, Ukrayna və Avropa ölkələri ilə münaqişənin həlli üçün danışıqların aparıldığı Floridadadır.
Xatırladaq ki, 28 dekabrda Trampın sülh planını müzakirə etmək üçün Ukrayna Prezidenti ilə görüşməyi planlaşdırır.
Əliyar Xəlil
Globalinfo.az