Tramp yenə Putinlə danışacaq – Tarix

vitkoff

Gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat yayıb.

O bildirib ki, ABŞ yaxın həftələrdə Ukraynadakı vəziyyətin həllində əhəmiyyətli irəliləyiş gözləyir:

“Moskva ilə Vaşinqton arasında fikir ayrılıqları azalır. Danışıqlar proseslərinin intensivləşməsi yaxın gələcəkdə müsbət dəyişikliklərə gətirib çıxara bilər”.

Qeyd edək ki, iki gün əvvəl də liderlər arasında telefon danışığı baş tutmuşdu.

Əliyar Xəlil
Globalinfo.az