tokayev

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jormart Tokayevi Qəzza Sülh Şurasına qoşulmağa dəvət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay bildirib.

Prezident Kasım-Jomart Tokayev Sülh Şurasına qoşulmaq və Qazaxıstanın təsisçi üzv olması üçün rəsmi dəvət alan ilk dünya liderlərindən biri olub. Buna cavab olaraq, dövlət başçısı ABŞ Prezidentinə səmimi minnətdarlığını bildirən və bu yeni təşkilata qoşulmaq barədə razılığını təsdiqləyən məktub göndərib”, – deyə o qeyd edib.

Jeldibay həmçinin vurğulayıb ki, Tokayev Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhə nail olmaq, dövlətlərarası etimadın və qlobal sabitliyin gücləndirilməsinə mümkün töhfə vermək istəyini təsdiqləyib.

Qeyd edək ki, 16 yanvarda ABŞ prezidenti Donald  Qəzza Sülh Şurasının yaradıldığını elan edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: