“Tramp Terminatora bənzəyir, Bayden isə…” – Kim Darrok

Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Darrok “Sky News” kanalına müsahibəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampı Terminatorla müqayisə edib.

Globalinfo.az xəbər verir ki, keçmiş səfirin müsahibə zamanı hazırkı ABŞ Prezidenti Co Baydenlə Donald Trampı müqayisə etməsi maraqla qarşılanıb.

“Donald Trampın da yaddaş problemləri var. Lakin qocalıq məsələsi daha çox Co Baydenə aiddir, çünki onun yaşı Trampdan çoxdur. D. Trampda sarsılmaz bir şey var, o, Terminatora bənzəyir. Siz onun bəzən Bayden kimi büdrədiyini və ya köhnə, zəif göründüyünü təsəvvür edə bilməzsiniz”, – K.Darrok bildirib.

Əliyar Xəlil
Globalinfo.az