Tramp Rusiyanı Ukrayna münaqişəsinin həlli istiqamətində iş görməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ lideri sosial şəbəkə hesabında yazıb.
O, bir daha qeyd edib ki, əgər həmin dövrdə prezident olsaydı, bu müharibə heç zaman başlamayacaqdı.
“Rusiya artıq nə isə etməlidir. Bu dəhşəti və anlamsız müharibədə həddindən çox insan ölür – hər həftə minlərlə. Bu müharibə heç zaman başlamalıydı”, – Tramp qeyd edib.
Qeyd edək ki, Tramp bu paylaşımı xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya Prezidenti Vladimir Putin arasında görüşdən öncə edib.
Aysel Əliyeva
Globalinfo.az