ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Ağ Ev rəhbəri bu bəyanatı jurnalistlər ona Makronun Qəzza üzrə Sülh Şurasına qoşulmaq təklifini rədd edə biləcəyini söylədikdən sonra verib”, – deyə qeyd edilib.
Tramp həmçinin Fransa Prezidentinin “Sülh Şurası”na qoşulacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl Emmanuel Makronun ABŞ Prezidenti Donald Trampın yaratmağı planlaşdırdığı və “Sülh Şurası” adlandırılan təşəbbüsə qoşulmaq dəvətini qəbul etməyəcəyi bəlli olmuşdu.
Məlumata görə, Paris bu təşəbbüsə ehtiyatla yanaşır. Mənbələr bildirir ki, tənqidçilər Trampın uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya onunla rəqabət aparacaq yeni bir qurum yaratmaq niyyətində olmasından narahatdırlar.
Əliyar Xəlil
Globalinfo.az