“Ölkə liderləri ABŞ-ın tətbiq etdiyi tarifləri ləğv etmək üçün “böyük pul” ödəməli olacaqlar”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Skay Nyus”un məlumatına görə, həftə sonu Ağ Ev sahibi Avropa və Asiya ölkələrinin liderləri ilə bir sıra danışıqlar aparıb:
“Onlar Trampı tariflərin tətbiqi qərarına yenidən baxmağa inandırmağa çalışıblar”.
Qeyd edək ki, aprelin 2-də Donald Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az