ABŞ Prezidenti Donald Tramp mümkün Vaşinqton müdaxiləsi çərçivəsində İrana qoşun göndərməyi nəzərdən keçirmir.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN-in Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Prezidentə təqdim olunan bir neçə müdaxilə variantı Tehranın təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün istifadə oluna biləcək məhdud zərbələr endirilməsini ehtiva edir. Bununla belə, Ağ Ev bu cür addımların əks-nəticə verə biləcəyindən narahatdır.
Rəsmilərin fikrincə, mümkün hücumlar İran cəmiyyətində etirazların zəifləməsinə deyil, əksinə, əhalinin hökumət ətrafında birləşməsinə səbəb ola və ya Tehranı cavab tədbirləri görməyə məcbur edə bilər.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bundan əvvəl ABŞ və İsraili ölkədə kütləvi iğtişaşlar təşkil etməkdə ittiham etmişdi.
Tahir Turan
Globalinfo.az