“Başa düşməliyik ki, ölkəmizin taleyi sanksiya altındakı Rusiya rejiminin dəyişməsindən asılıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Lelo Partiyasının liderlərindən Salome Samadaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyət nümayəndələrinə qarşı sanksiyalar ABŞ-ın bu ölkəyə yardımının çətinləşməsi anlamına gələcək:
“Biz müstəqilliyimizi saxlamaq istəyirik, ya yox? Əsas müttəfiqimizin yardımı olmadan Gürcüstan sadəcə müstəqil dövlət kimi yaşaya bilməz. Ona görə də bütün vətəndaşlara səslənirəm ki, hansı situasiyaya düşdüyümüzü və növbəti parlament seçkisində hansı seçimi etməli olduqlarını anlasınlar. Əminəm ki, ölkəmizi illər əvvəl seçdiyi yola oktyabrda qaytara biləcəyik”.
Qeyd edək ki, Gürcüstan oktyabrda parlament seçkisinə gedəcək. Seçkidə əsas güclü tərəfin hakim Gürcü Arzusu Partiyası olduğu güman edilir. Bununla belə son günlər ölkədəki etirazlar müxalifətin şansının da artdığını deməyə əsas verir.
Əliyar Xəlil
Globalinfo.az