Tramp2

“Tailand və Kamboca arasında döyüşlər dayandırılmayacağı təqdirdə bu ölkələrin məhsullarına yeni gömrük rüsumları tətbiq ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Tərəflərə müharibəni davam etdirəcəkləri halda yalnız ticarət razılaşmasının ləğv edilməyəcəyi, eyni zamanda hər iki ölkəyə qarşı rüsumların tətbiq olunacağı bildirilib”, – o bildirib.

Tramp qeyd edib ki, rüsumlardan istifadə onun administrasiyası üçün xarici siyasətdə mühüm alətlərdən biridir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: