tramp netanyahu 142

ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İshak Hersoqa müraciət edərək, korrupsiya işi üzrə araşdırılan baş nazir Benyamin Netanyahunun əfv olunmasını təklif edib. 

Globalinfo.az xəbər verir ki, Trampın bu təklifinə Knesset deputatları qışqırıqlar və alqışlarla reaksiya veriblər.

“Mənim bir ideyam var: niyə onu, yəni Netanyahunu əfv etməyəsiniz? O, müharibə dövrünün ən böyük prezidentlərindən biridir. Siqar və şampan məsələsinə gəldikdə isə — kimə nə dəxli var axı?” — deyə Tramp bildirib.

O, səhvən Netanyahunu prezident adlandırıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: