Gürcüstanda etirazçılar prezident iqamətgahına doğru irəliləyir

Gürcüstanda hökumətə qarşı etirazlar davam edir.

Globalinfo.az xəbər verir ki, Tbilisidəki mitinqin iştirakçıları Gürcüstan prezidentinin iqamətgahına doğru irəliləyiblər.

Gürcüstanın Birinci Kanalı xəbər verir ki, Tbilisidəki mitinq iştirakçıları Gürcüstan prezidentinin iqamətgahına gələrək, orada Salome Zurabişvili ilə görüşməyi planlaşdırıblar. Lakin görüş baş tutmayıb.

Daha əvvəl etirazçılar “xarici agentlər” haqqında qanun layihəsinə veto qoyduğu üçün prezidentə ehtiramlarını bildirəcəklərini açıqlayıblar.

Hazırda mitinq iştirakçıları “Gürcü Arzusu”nun ofisinə doğru hərəkət edirlər.

Əliyar Xəlil
Globalinfo.az