ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iyulun 14-də Kiyevə gedəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Novosti Live” nəşri məlumat yayıb.
“Onun səfəri bir həftə davam edəcək”, – deyə bildirilib.
Kelloqun Kiyevdə konkret nəyi müzakirə etmək niyyətində olduğu bəlli deyil. Lakin o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Əliyar Xəlil
Globalinfo.az