zelenski kelloq

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun Ukraynaya səfərinin əsas məqsədi bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Vladimir Fesenko danışıb.

“Kelloqun bir nömrəli məqsədi Ukraynada baş verənləri öz gözləri ilə qiymətləndirməkdir. Həmçinin Trampın xüsusi nümayəndəsi cəbhədə döyüşçülərin olmaması səbəbindən insan potensialı məsələsini qaldıra bilər. Kelloq Vaşinqton və Kiyev arasında əsas əlaqələndirici olduğu üçün bu həftə ərzində baş verə biləcək siyasi dəyişikliklərlə də maraqlana biləcəyi istisna edilmir”, – o bildirib.

Qeyd edək ki, iyulun 14-də Kelloq Ukraynaya işgüzar səfərə gəlib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: