Toyda musiqi sifarişi üstündə dava: Ölən var

Göygöl rayonunda toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

Globalinfo.az “Report”a istinadənxəbər verir ki, sentyabrın 10-da keçirilən toy mərasimində döyülən 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilmişdi.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1977-ci il təvəllüdlü Ramiz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.