692097739dcd6692097739dcd71763743603692097739dcd4692097739dcd5 3

Tovuz rayonunda toy məclisində kütləvi dava olub.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndindəki şadlıq evində ofsiantlar arasında baş verib.

Dava zamanı 1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaqlanıb. Təcili xəstəxanaya çatdırılan yaralı əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirir.

Faktla bağlı araşdırmalar davam edir.

Paylaş: