Tovuzda gənc sevdiyi qıza görə özünü yandırıb – TƏFƏRRÜAT / FOTO

166354199860757941 1200x630

Tovuzda istədiyi qıza görə özünü yandıran Masallının Mahmudavar kənd sakini, 1993-cü il təvəllüdlü Ceyhun Cabbarovun hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Globalinfo.az xəbər verir ki, yaxınlarının Teleqraf-a verdiyi məlumata görə, Ceyhunun atası Elşad Cabbarov oğlundan imtina edib.

Bildirilib ki, C.Cabbarov 3 yaşından uşaq evində böyüyüb. Onun bir bacısı var. Daha sonra anası övladlarını geri götürərək, Tovuza köçüb. Bir müddət birlikdə sözügedən rayonda yaşayıblar.

İddiaya görə, anasının ölümünə Ceyhun səbəb olub. Belə ki, o, valideynini dəfələrlə döyərək ondan pul tələb edib. Buna görə də anası 3-4 il əvvəl xəstəlik taparaq, dünyasını dəyişib.

Atası Elşad Cabbarov isə uzun illərdir Bakıya köçüb və ailə həyatı qurub, iki övladı var. Qeyd olunur ki, Ceyhun atasını da bir neçə dəfə öldürməyə cəhd göstərib. Buna səbəb kimi isə onların uşaq evinə atılması görstərilibmiş. Vurğulanır ki, Elşad Cabbarov onkoloji xəstədir və hazırda vəziyyəti ağırdır.

Ata oğlunun həyatına qəsd etməsini bilsə də, səhhəti ilə maraqlanmayıb. Elşad Cabbarova oğlunun qəsd etdiyi barədə xəbəri isə intihara cəhd göstərən şəxsin əmisi Elman Cabbarov verib.

Məlumata görə, əmisi də qardaşı oğlundan imtina edib. Vurğulanır ki, buna səbəb Ceyhunun bir neçə il əvvəl əmisi ilə dalaşması olub. Yaxınları bildirirlər ki, Elman qardaşı uşaqlarını illər əvvəl – həbsxanadan çıxdıqdan sonra himayəsinə götürmək istəsə də, buna icazə verilməyib. Adıçəkilən şəxsə məlumat veriblər ki, uşaqları yalnız ata və anası yenidən himayəyə götürə bilər. Lakin daha sonra qeyd olunduğu kimi, anası övladlarına sahib çıxıb.

Ceyhunun ata nənəsinə isə hadisə ilə bağlı heç bir məlumat verilməyib. Sözügedən şəxsin səhhəti ilə yeganə maraqlanmaq istəyən Ceyhunun bacısı olub. Lakin bunun da qarşısını onun əmisi Elman Cabbarov alıb.

Bildirilib ki, Ceyhun uzun müddət bacısı və onun yoldaşından zəng edərək pul istəyirmiş. Həmçinin qeyd olunur ki, dayısı onu Rusiyaya işləməyə aparmağa çalışsa da, Ceyhun razı olmayıb.

Yaxınları, həmçinin Ceyhunun qıza görə özünü yandırmağa cəhd göstərməsini əsas gətirərək, ondan imtina etdiklərini bildirirlər.

***14:46

Tovuz rayonunda 32 yaşlı kişi intihara cəhd edib.

Globalinfo.az xəbər verir ki, Cabbarov Ceyhun Elşən oğlu Qovlar ərazisində üzərinə benzin tökərək özünü yandırmağa cəhd göstərib.

Saat 13:25 radələrində xəstəxanaya yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib. Hazırda yanıq mərkəzinə göndərilməsi üçün müvafiq danışıqlar aparılır.

Məlumata görə, zərərçəkən şəxs əslən Masallıdandır. Uzun müddətdir Qovlar ərzisində yaşayır, evi yoxdur, küçədə qalır.

WhatsApp Image 2025 04 18 at 14.20.02 WhatsApp Image 2025 04 18 at 14.19.53