seyyad salahli

“Tarixi abidələrin pasportlaşdırılması vacibdir. Bəs sonra? Axı bunlara kim baxacaq? Dağışmış abidələr müəyyən iş adamlarına həvalə edilməlidir ki, bərpa-quruculuq işləri görülsün”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Səyyad Aran deyib.

Onun sözlərinə görə, tarixi abidələrin pasportlaşdırılmasından bəhs edilsə də, sonrakı taleyinin necə olacağını heç kim düşünmür:

“Məsələ ilə bağlı “daşınmaz abidə” ifadəsinə də düzəliş edilməlidir. Bu nə deməkdir? Kim Qız qalasının yerini dəyişə bilər axı? Qanunda bəzi düzəlişlərin olması, bərpasının bəzi iş adamlarına həvalə edilməsi zəruridir”.

Parlamentin spikeri Sahibə Qafarova isə bu fikirlərə etiraz edib:

“Siz nə danışırsınız? Abidələr Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, biznesmenlərə verilsin?!”

Paylaş: