
Vladimir vilayətində yanğın zamanı insan tələfatı qeydə alınmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə qubernator Aleksandr Avdeyev məlumat yayıb.
Onun sözlərinə görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.
***
19:22
Vladimir vilayətində hərbi hissədə partlayış və ardınca yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Avdeyev özünün teleqram kanalında məlumat yayıb.
Bölgədə fövqəladə vəziyyət elan edilib. Təhlükəsizlik məqsədilə ərazidən əhalinin təxliyəsi həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verdiyi deyilir.
Aysel Əliyeva
Globalinfo.az