original 1e7j

ABŞ Yəməndə quru müharibəsi aparmaq və ya bu ölkədə rejim dəyişikliyinə cəhd etmək niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset bəyanat verib.

Nazir bildirib ki, ABŞ-ın məqsədi nə rejim dəyişikliyi, nə dövlət quruculuğu, nə də sonsuz müharibələr aparmaqdır.

“Burada söhbət dövlət quruculuğundan getmir. Burada söhbət quru müharibələrdən getmir. Burada söhbət sonsuz müharibələrdən və rejim dəyişikliyindən getmir”, – deyə, o bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: