unikal

Ötən gün Bərdə rayonu Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub.

O, gizir rütbəsində xidmət edirdi.

İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmadan vəfat edib. Daha sonra Qarabağ suvarma kanalına düşüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

1745410039 b82e0b20 9722 492d bb4b 82318eb0d71b
1745410039 f7c141c6 fcbe 48cd 9451 2ba2b8ec5e73

Paylaş: