Tiktoker Ləman sərbəst buraxıldı, qəribə açıqlama verdi

Polis tərəfindən saxlanılan tiktoker Ləman sərbəst buraxılıb.

Globalinfo.az xəbər verir ki, Ləman Vəliyeva bir az əvvəl canlı yayıma çıxıb.

O, saxlanılmadığını iddia edib.

***19:38

“Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Azxəbər”ə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

O, bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcəkdir.