1728906830 tramp hede 1

“The Economist” nəşri iki ay ərzində ilk dəfə Donald Trampın seçkilərdə qalib gələcəyini proqnozlaşdırıb.

Globalinfo.az xəbər verir ki, nəşrin hesablamalarına görə, Respublikaçılar Partiyasının prezidentliyə namizədi 276, Demokratların namizədi Kamala Harris isə cəmi 262 seçici səsinə ümid edə bilər.

Nəşr yazır ki, Ağ Evin keçmiş rəhbəri, respublikaçı Donald Tramp prezidentlik yarışında favoritdir.  Ancaq əvvəlki iki ay ərzində “The Economist” Demokratların namizədi Kamala Harrisin qələbəsini ardıcıl olaraq proqnozlaşdırıb.

Beləliklə, Respublikaçı namizədin qalib gəlmək şansı 54 faiz qiymətləndirilir.

“The Economist” bu nəticələri ictimai rəy sorğularına, eləcə də ABŞ-ın hər bir ştatında mövcud olan  iqtisadi vəziyyətə, demoqrafik göstəricilərə və səsvermə üstünlüyünə görə proqnozlaşdırıb. Onun hazırlanmasında Nyu-Yorkdakı Kolumbiya Universitetinin tədqiqatçılar qrupu iştirak edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: