Teymur Musayev Türkiyəyə gedir

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyəyə səfər edəcək.

Globalinfo.az bildirir ki, “Report”un Türkiyə bürosunun xəbərinə görə, 29-31 oktyabr tarixlərində nəzərdə tutulan səfər çərçivəsində nazir Türk Dövlətləri Təşkilatının təşkilatçılığı, Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi altında keçiriləcək “Türk Tibbi Dünya Konqresi”də iştirak edəcək.

Teymur Musayevin digər türkdilli dövlətlərdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.