ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” proqram təminatı ilə bağlı problemlər səbəbindən Çində 1,6 milyondan çox avtomobili geri çağıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi məlumat yayıb.
Məlumata görə, geri çağırılacaq elektromobillərə 26 avqust 2014-cü ildən 20 dekabr 2023-cü ilə qədər istehsal edilmiş “Model S”, “Model X” və “Model 3”, eləcə də Çində istehsal edilən “Model 3” və “Model Y” daxildir.