Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan parlament seçkilərinin nəticələrindən qorxduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ter-Petrosyan seçkiqabağı dövrdə siyasi qüvvələr arasında gedən qızğın müzakirələrə münasibət bildirib. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan iyun ayında keçiriləcək parlament seçkilərindən sonra ölkədə baş verə biləcək hadisələrdən qorxduğunu dilə gətirib.
“Bu mübahisələrlə qətiyyən maraqlanmıram. Məni daha çox seçkidən sonrakı dövrdə baş verən hadisələr narahat edir. Bu, ölkəmiz üçün taleyüklü bir məsələyə çevrilə bilər”, – Ter-Petrosyan vurğulayıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az