b1abcaa6 c9c1 4140 bdf6 6fce05ea0214

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığı gərgin keçib. 

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı ABŞ Prezidenti İsrailin Livandakı hərbi əməliyyatlarına etiraz edib:

“Tramp Netanyahudan Livandakı hücumları azaltmağı tələb edib. O, bu addımların İranla mümkün razılaşma prosesinə mane ola biləcəyini deyib”.

Ağ Ev rəhbəri həmçinin İsrail Baş nazirinə ABŞ-ın əvvəlki dəstəyini xatırladaraq Livana yönələn bombardmanların ölkəni daha da təcrid edə biləcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, telefon danışığı zamanı emosional və sərt ifadələrdən də istifadə olunub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: