Suriya Milli Ordusu PKK/YPG-yə qarşı keçirilən “Azadlıq Şəfəqi” əməliyyatından sonra Tel Rifat şəhərinə “Mehtər marşı” ilə girib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yeni şafak” qəzeti məlumat yayıb.
Bildirilib ki, Suriya türkmənlərindən ibarət qruplardan biri maşında “Mehtər marşı”nı qoşaraq Tel Rifata girib. Görüntülərdə silahlıların torpağı öpdüyü əks olunub.
