Bakıda, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində əks yola çıxan avtomobil təhlükə yaradıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, “Hyundai Accent” markalı avtomobilin sürücüsü digər hərəkət iştirakçılarının həyatını heçə sayaraq nəqliyyat vasitəsini əks istiqamətdə sürüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli oxu.az-a açıqlamasındabildirib: “Günəşli qəsəbəsində qarşı yola çıxaraq təhlükə yaradan sürücünün kimliyi təsbit edilib”.
O qeyd edib ki, “Hyundai” markalı 90-LT-708 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mübariz Məmmədov aşkarlanaraq barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü maddəsinə əsasən protokol tərtib edilib.