Xankəndidə gərginlik: Araikin “istefası” tələb edilir, “yerinə” isə… – VİDEO

14:35

Xankəndidəki separatçı rejimin saxta “parlament spikeri” Artur Tovmasyan Araik Arutyunyanı istefaya çağırıb.

Globalinfo.az xəbər verir ki, A.Tovmasyan bununla bağlı Arutyunyana müraciət ünvanlayıb.

“İstefa məktubu yazın, ya da sizə etimadla bağlı xalq arasında referendum keçirin. İnsanlar sizə inanmasalar, gedəcəksiniz. Bu, sizin “vəzifədən” gedəcəyiniz təqdirdə mənim “prezident” səlahiyyətlərini icra edəcəyim mənasına gəlmir. Əgər xalq A.Arutyunyana inanmırsa, mən də vəzifəmdə qalmayacağam”, – o bildirib.


Artur Tovmasyan

Artur Tovmasyan daha öncə Araik Arutyunyana bir təklif verdiyini söyləyib:

“Mən dövlət müdafiə komitəsi modeli ilə bağlı təklif irəli sürdüm. Araik Arutyunyana təklif etdim ki, komitəyə Ruben Vardanyan və Samvel Babayanı təyin etsin. Qəbul edib-etməyəcəyini bilmirəm”.

Qeyd edək ki, son günlərdə A.Arutyunyanın separatçı rejimin “rəhbəri” vəzifəsindən göndərilməsi, “yerinə” Samvel Babayanın gətirilməsi ilə bağlı söhbətlər gəzir. S.Babayanın Azərbaycanla təmaslarda fərqli mövqe sərgiləyəcəyi iddia edilir.

Ayşən Mustafa
Globalinfo.az