“Burada çox böyük hazırlıq var. Hazırlıqlar tamamlanıb”.
Globalinfo.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Fulya Öztürk AKP-nin binası önündən çıxışı zamanı deyib.
“14 mayda gördüyümüz o atmosferdən fərqli durum var burada. Sanki Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışına hazırlıq görülür. Bomba axtarışları aparıldı, təhlükəsizlik tədbirləri görüldü. Sanki Prezident Ərdoğan bura gələcək və çıxış edəcək” – F.Öztürk bildirib.
O qeyd edib ki, proseslər və ilkin nəticələr Prezident Ərdoğanın yüksək səs fərqi ilə qalib olacağı haqda fikir formalaşdırıb.