Təbii fəlakət nəticəsində qardaş ölkəyə dəyən zərər açıqlandı

Türkiyədə 5,9 bal gücündə zəlzələ nəticəsində 300-dən çox evə ziyan dəyib.

Globalinfo.az xəbər verir ki, bu barədəölkənin ekologiya və şəhərsalma naziri Murat Kurum məlumat verib.

“Zəlzələdən dəyən zərərin iki gün ərzində hesablanması planlaşdırılır. Bu günə kimi 321 binanın zədələndiyi müəyyən edilib, onlardan 13-nə ağır ziyan dəyib”, – Kurum bildirib.

Onun sözlərinə görə, çərşənbə günü axşam saatlarında zəlzələnin episentrinin yerləşdiyi Düzcə vilayətində evlərin 95 faizinə elektrik enerjisi verilib.

Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Qocanın sözlərinə görə, son məlumatlara əsasən, zəlzələdən zərərçəkənlərin sayı 80-ə çatıb. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.