Rusiya Prezidenti Vladimir Putin NATO ölkələrinin Rusiyanın məğlubiyyətinə və sonradan onun resurslarının bölüşdürülməsinə ümid bəslədiyini iddia edib.
Globalinfo.az-ın məlumatına görə, Putin bildirib ki, NATO ölkələri Rusiyaya strateji məğlubiyyət yaşatmağa çalışsalar da, bunun mümkün olmadığını artıq başa düşüblər.
“Əgər kameralar olmasaydı, bu məsələyə münasibətimi daha açıq şəkildə nümayiş etdirərdim. Onlar heç nəyə nail ola bilməyəcəklər”, – deyə Rusiya lideri qeyd edib.
Putin əlavə edib ki, Rusiya rəqiblərinin imkanlarını nəzərə almalı, texnologiyalarını inkişaf etdirməli və gücləndirməlidir.
Tahir Turan