4287dd45 bd5d 4a5d acc8 6dd6dfdac302 1

Azərbaycanda oktyabrın 8-dən yanvarın 28-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 27 min 271 nəfər qrip əleyhinə peyvənd olunub.

Globalinfo.az xəbər verir ki, onlardan 4 219-ü 0-17 yaş, 16 875-i 18-59 yaş aralığı, 6 177 nəfəri isə 60 yaş və yuxarı şəxslərdir.

Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur.

Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Paylaş: