TDT ölkələrinin növbəti sammiti bu tarixdə olacaq

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısının vaxtı məlum olub.

Globalinfo.az xəbər verir ki, təşkilatın 10-cu sammiti bu il noyabrın 3-də Türküstanda keçiriləcək.

Bundan əlavə, noyabrın 2-də Türküstanda TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Xatırladaq ki, 2022-ci ildə TDT sammiti Səmərqənddə keçirilib.