Tanınmış qarabağlılar ermənilərlə bağlı hərəkətə keçir – Son “döyüşə” hazırlıq

WhatsApp Image 2024 11 02 at 14.04.02

Qarabağ erməni işğalından azad olunduqdan sonra orada yenidənqurma işləri həyata keçirildi. Artıq öz ata-baba yurdundan didərgin düşən məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar.

İşğaldan azad edilən kənd və rayonlarda ermənilərin vandalizmi, barbarlığı Azərbaycan ictimaiyyətində dərin qəzəb və şok yaratdı. Ermənilər azərbaycanlılara məxsus bir evi belə salamat qoymayıb – hamısını uçurub, dağıdıb, materiallarını daşıyıb aparıl. Bu hərəkətə görə rəsmi Bakı dəfələrlə məsələ qaldırıb, Ermənistan dövlətini Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə beynəlxalq məhkəmələrə müraciət etdiyini bildirib.

Bildiyimiz kimi, əslən Qarabağdan olan bir neçə tanınmış simaların da ata yurdu ermənilər tərəfindən darmadağın edilib. Görəsən, onlar fərdi şəkildə yerli və beynəlxalq məhkəmələrə müraciət etməyi düşünürlərmi?

Globalinfo.az bununla bağlı sorğu keçirib.

Əslən Ağdam rayonundan olan Xalq artisti Arif Babayev konkret fikir söyləyə bilməyəcəyini qeyd edib:

arif babayev

Arif Babayev

“Vallah, belə bir şey ağlımıza gəlməyib. Dövlət nə lazımdırsa, özü edir. Məsləhət olarsa, biz də müraciət edərik. Onu da qeyd edim ki, dövlətimiz Allahın izni ilə mənim üçün Ağdamda ev muzeyi inşa edəcək”.

Əslən Füzuli rayonundan olan Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, evlərinin dağıdılması ilə bağlı məhkəməyə müraciət etməyi düşünür:

iqbalagazade

İqbal Ağazadə

“Bu barədə iddia hazırlamağı düşünürük. İlk növbədə bunu yerli məhkəmə qiymətləndirsin, sonra beynəlxalq məhkəməyə müraciət edəcəyik. Cari ilin sonuna qədər bu addımı atmağı planlaşdırıram”.

Xocalıdan olan deputat Elman Məmmədov 1992-ci ildən bu günə kimi beynəlxalq təşkilatlara müraciət edildiyini bildirib:

elman memmedov 1432

Elman Məmmədov

“Bundan sonra da beynəlxalq məhkəmələrə müraciət edəcəyik. O dövrlərdə bütün xocalılar adından hər il bir neçə dəfə beynəlxalq qurumlara müraciət ünvanlayırdıq. Bu, indi də davam edir. Ermənilərin törətdikləri soyqırımla, vəhşiliklə bağlı cavab vermələri, məsuliyyətə cəlb olunmaları, o cümlədən də vurduqları ziyana görə təzminat ödəmələrini tələ edirik. Bunlar bizim tərəfdən edilən haqlı tələblərdir. Yəqin ki, nə vaxtsa dünya haqq-ədalətlə, qanunlarla idarə olunsa bizim də tələblərimizə cavab veriləcək”.

Ağdamdan rayonundan olan deputat Aqil Abbas heç bir yerə şikayət etməyəcəyini deyib:

aqil abbasjpg 1582379082

Aqil Abbas

“Bilirsiniz, beynəlxalq məhkəmə yoxdur. Belə olan təqdirdə yerli məhkəmə nə edə bilər? Beynəlxalq məhkəmə həmişə bizim əleyhimizə qərarlar çıxarır. Bununla bağlı rəsmi qurumlar müraciət edir, Qarabağa dəymiş ziyan tələb olunur. Amma ədalətsizlik ucbatından müsbət cavab ala bilmirik”.

Zaira Akifqızı
Globalinfo.az