Taliban Əfqanıstanda musiqi alətlərini yandırdı

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” Herat əyalətində musiqi alətlərini müsadirə edərək yandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Həşti sübh” nəşri məlumat yayıb.

Məlumata görə, musiqi alətləri əyalətin müxtəlif rayonlarından toplanıb. Yerli məmurlar sakinlərə xəbərdarlıq edib ki, musiqi dinləmək və ifa etmək qadağandır, bu qaydaya əməl etməyənləri ciddi cəza gözləyir.

Talibanın fikrincə, musiqi alətlərində ifa etmək gənclərin və cəmiyyətin deqradasiyasına səbəb olur.