Dünya liderləri İlham Əliyevi təbrik edirlər

Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri növbəti illərdə də inkişaf edəcəkdir”.

X X X

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Dost Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və uğurlar, dost xalqınıza davamlı tərəqqi və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında münasibətləri möhkəmləndirmək, birgə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumu vurğulayıram”.

X X X

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, hörmətli Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə cansağlığı və səadət, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul edin”.

X X X

Dominikan Respublikasının Prezidenti Luis Abinader Prezident İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah arzulayıram”.

X X X

Monqolustanın Prezidenti Uxnaaqiyn Xürelsüx Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Məmnunluqla bildirirəm ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız müxtəlif sahələrdə daha da güclənir. Həmçinin inanıram ki, ikitərəfli əməkdaşlıq kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində də genişlənərək daha da möhkəmlənəcəkdir.

Bu fürsətdən istifadə edərək, Sizə münasib olan vaxtda Zati-alinizi Monqolustana səfərə dəvət etmək istəyirəm.

Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına isə rifah arzulayıram”.

X X X

Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza əmin-amanlıq, uğurlar, rifah diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.