6397dcd99fbe76397dcd99fbe816708968576397dcd99fbe46397dcd99fbe5

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa – Laçın yolunda aksiyanı davam etdirir.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.

Aksiya 20 saatdır davam edir.

Eko-fəallar aksiyanı səhərə kimi davam etdirmək niyyətindədirlər.

Paylaş: