Şuşa, Xocavənd və Füzuliyə dolu düşüb – FAKTİKİ HAVA

Şuşa şəhərinə, Xocavənd rayonunun Zoğalbulaq, Azıx, Tuğ kəndlərinə, Füzuli rayonunun Qacar və Divanalılar kəndlərinə diametri 10-12 mm olan dolu düşüb.

Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 26-sı saat 17:00-a olan məlumata əsasən, Şuşa şəhərinə qar, Şəmkir, Göygöl, Naftalan, Yardımlı, Gədəbəy rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.