Y3nuoUrXFQ8STTRTMHcc3TvKfUA7IfKjl1For7hW 825 4

Sumqayıt şəhərində sürücü kobud qayda pozuntusuna yol verib.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, “KIA Soul” markalı 77-TE-440 dövlət nömrə nişanlı avtomobil şəhərin mərkəzi hissələrindən birindəki küçədə dairəyə daxil olan avtomobili gözləmədən həmin avtomobilin hərəkət zolağına çıxır.

Bu azmış kimi, sürücü digər avtomobilin hərəkət zolağında manevr qaydalarını yenidən pozur. Qayda pozan, dönmə işığından istifadə etməyən sürücünün qucağında azyaşlı uşaq da olub.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Oxu.Az (@oxuaz)

Paylaş: