Sürücü Ucardakı qəzadan danışdı: “Maşını kənara çəkmək istəyəndə…” – VİDEO

QEZA UCAR

Ucar rayonunda 14 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 20-dən çox yaralı var.

Hadisə fevralın 16-da gecə saatlarında Bakı-Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

“Hava dumanlı idi. Maşını kənara çəkmək istəyəndə gördüm ki, “KamAZ”lar üstümə gəlir”, – xəsarət alan şəxs deyib.

Qəza zamanı xəsarət alanlar – 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı Nəriman Allahverdizadə, 44 yaşlı Əlizamin Məmmədov xəstəxanaya yerləşdirilib.

Hadisədə ölənlər isə aidiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.