“Stalin” öldü

Rusiyanın əməkdar artisti Aleksandr Vontov həyatının 74-cü ilində vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə aktyorun 1977-ci ildən çalışdığı Sankt-Peterburqdakı V.F.Komissarjevskaya adına teatr məlumat yayıb.

Qeyd edək ki, A.B.Vontov filmlərdə və seriallarda fəal şəkildə rol alıb. O, “Zoya”, “Stalinin almazları”, “Hər şey Xarbində başladı”, “Çapay bizimlədir” filmlərində İosif Stalinin obrazını yaradıb. Aktyorun çəkildiyi son ekran əsərləri arasında “Ulduzlar və tülkülər” mini serialı, “Dəyirmançı” serialı və “Salyut-7” filmi var.