0c2e84c7 a27b 3c36 9b88 a89a8b21e055 850

Fransada “Airbus Atlantic” şirkətinin 700-dən çox əməkdaşı Milad bayramı öncəsi korporativ şam yeməyində zəhərlənib.

Globalinfo.az “Report”a istinadən  xəbər verir ki, bu barədə AFP yazıb.

Regional Səhiyyə Agentliyi (ARS) zərərçəkmiş yeddi yüzdən çox insanın qusma və ya ishal kimi simptomlar yaşadığını açıqlayıb.

Agentlik şirkətin restoranında dekabrın 14-də keçirilən bayram ziyafətinin menyusu ilə bağlı heç bir məlumat verməsə də, kütləvi qida zəhərlənməsinin mənbəyini müəyyən etmək üçün araşdırma elan edib. Səbəb işçilərin əksəriyyətinin yediyi pendir ola biləcəyi güman edilir.

“Airbus Atlantic” Avropanın “Airbus” aerokosmik qrupunun törəmə şirkətidir və beş ölkədə 15 000 əməkdaşı var.

Paylaş: